İstanbul polisi Taksim meydanına bütün girişləri bağlayıb
İstanbulda 1 may – əmək gününü qeyd etmək istəyənlərlə polislər arasında toqquşmalar olub.
ANS PRESS-in məlumatına görə, toqquşmalar nəticəsində 38 nəfər yaralanıb.
Belə ki, yürüş iştirakçıları Taksim meydanına daxil olmaq istəyiblər. Polis qüvvələri yürüş iştirakçılarının meydana girişinin qarşısını alıb. Nəticədə nümayişçilər polisə daş və içərisində alışdırıcı maye olan şüşə qablar atıblar. Polis yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib. Hazırda İstanbulda polis Taksim meydanına bütün girişləri bağlayıb.
Mitinqdə Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləri də iştirak edir.