TRT-nin Bakı təmsilçiliyində aparıcı işləyən jurnalist Arzu Ümid həyatı ilə bağlı sirləri açıb
ATV telekanalında yayımlanan “Zərif qəhrəman” verilişinin qonağı olan aparıcı həyat yoldaşından ayrılmağının səbəblərindən danışıb:
“Naxışlı insan deyiləm. Az maaşa çox yerdə çalışırdım. Amma özümü tükətmədim, zəhmətlə bu yerlərə gəlib çatdım. Özümü sınamadığım məkan olmadı. Nəhayət, şou-biznesdə tapdım. Tanınmaq mənə heç nə vermədi. Bura yalnız qazanc mənbəyimdir. Sənətdən uzaqlaşdım, ailə qurdum. İşləmədim, amma gördüm ki, maddi problemlər başladı. Psixoloji problemi olan baldızım tərəfindən dəfələrlə şiddətə məruz qaldım. Ailəm dedi ki, belə ailə olmaz, boşan. İnsanların qınağından qorxurdum.
Bizim ailənin dağılmasına səbəb yoldaşımın yaxın qohumları oldu. Qardaşım dedi ki, xətanı qəbul edirik, bitir, el nə deyər deyə özünü şikəst etmək istəyirsən? Ailəm mənə güvənir. Şou əhli ilə davalarım olur. Deyirlər ki, məni kimsə saxlamasa, uşağıma necə baxaram. Get çalış da. Bir çox aparıcının maşını var. Mənim maşınım, hətta evim də yoxdur. Əvəzində açıq alnım var. Övladım mənimlə fəxr edəcək”.
Axsam.az