Mahnı “Eurovision” fanatları arasında bütün Avropada populyardır.
“Eurovision-2014” müsabiqəsinin Azərbaycan təmsilçisi Dilarə Kazımova “Start a Fire” mahnısının türk pərəstişkarlar üçün yeni versiyasını təqdim edib.
“Start a Fire” balladasının adı türk dilində “Alev Gibi” (Alov kimi) səslənir. Dilarənin bu mahnısı “Eurovision” fanatları arasında bütün Avropada populyardır. “Eurovision” pərəstişkarları və digər iştirakçılar “Start a Fire” mahnısının kover-versiyasını belə yaradıblar. İndi növbə Türkiyənindir.
Bu yaxınlarda Dilarə mahnının Azərbaycan versiyasını təqdim edib, bu versiya “Bir qığılcım” adlanır.
O, mahnını ilk dəfə eşidəndən bəri bu versiyanı yaratmaq istəyib.
“Mən onu bütün mümkün dillərdə oxumaq istərdim ki, musiqimi “Eurovision”da iştirak edən hər kəsə hədiyyə edim”.
Dilarə “Start a Fire” mahnısının müxtəlif dillərdə hələ bir neçə variantını da yazmağı düşünür.
Oxu.az