“Orta Asiya Rusiyanın bir vilayətidir”.
“Axar.az” xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri (LDPR) Vladimir Jirinovski bildirib.
Müxtəlif vaxtlarda etdiyi çıxışlardan hazırlanmış videoda LDRP sədri Türkləri təhqir edir: “Mən Qazaxıstanda yaşayanda ruslar yerli xalqa heyvan deyirdi. At sürüləri və keçə çadırları var idi. Başqa heç nə! Rus kommunistləri onlara mədəniyyət gətirdi. Ruslar onlara şəhər salmağı, universitet açmağı, musiqi mədəniyyətini bəxş etdi. Onların dombra adlı musiqi alətləri var. 2 telli bir zopa. 50 ildir eyni mahnını çalırlar. Ruslar da anlamadıqları üçün bunu böyük bir əsər zənn edirdilər”. Jirinovski danışığında Azərbaycanla da bağlı məqamlara toxunur: “Bu gün onlar çox böyük gücdülər. Onlar birləşib Ermənistanı silə bilərlər. Azərbaycan İranla birləşib Orta Asiyaya girəcək və ulu türk dövləti Turanı quracaq”. Xatırladaq ki, Rus millətçisi kimi tanınan Vladimir Jirinovski daim türklərə nifrəti ilə seçilib. Həmin kadrları təqdim edirik: