FaktXəbər-in “Qatifnyus” saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında avtomobil sürən qadın üçün sərt cəza təyin olunub. Belə ki, ölkənin Riyad Məhkəməsi avtomobil sürülməsi ilə bağlı qəbul edilən qanunu pozan qadınlardan biri üçün 150 şallaq cəzası təyin edib. Bundan əlavə avtomobil sürən və polisə itaətsizlik nümayiş etdirən səduyyəli qadın 8 ay həbsə də atılacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, burada qadınların avtomobil sürməsi rəsmən qadağandır.