Azərbaycanın fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərov yeni mahnı bəstələyib. Bu barədə məlumatı AzNews.az-a tanınmış nəğməkar şair Baba Vəziroğlu bildirib. Onun sözlərinə görə, bəstəkar bu dəfə gənc müğənni Yaşar Cəlilov üçün mahnı bəstələyib:
“Yaşar Cəlilov hörmətli bəstəkarımız Kamalın mahnısını oxumaq arzusunda idi. Mən də ona dəstək oldum”.
O, Y.Cəlilovun həddən artıq istedadlı bir sənətçi olduğunu deyib: “Cavan istedadlı mügənnidi… Belə adamlara da dəstək olmaq lazımdır. İndi o yeni mahnı üzərində işləyir. “Ulduzli gecə” adlı bu mahnının musiqisi Kamal müəllimin, sözləri isə mənimdir. Mahnı hələ hazır deyil. Bu günlərdə mahnı tam hazır olacaq”.