Rusiya Baş prokurorluğu Liberal Demokratiya Partiyasının lideri Vladimir Jirinovski ilə bağlı edilən müraciətə dair açıqlama yayıb.
ANS PRESS-in məlumatına görə, Baş prokurorluq Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) Vladimir Jirinovski ilə bağlı etdiyi müraciətin baxılmasına başlanıldığını bəyan edib.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Dumasında çıxışı zamanı Vladimir Jirinovski azərbaycanlı adında bir xalqın əslində mövcud olmadığını demişdi.
V.Jirinovskinin bu çıxışı ilə bağlı “AzərRos” Rusiya Baş Prokurorluğu, Rusiya Prezident Administrasiyası və Rusiya Dövlət Dumasına müraciət göndərmişdi. Müraciətdə Vladimir Jirinovski haqqında cinayət işinin açılması tələb olunub.
Rusiya Millətlər Asambleyası “AzərRos”un Vladimir Jirinovski haqqında cinayət işinin açılması tələbini dəstəkləyib.
http://s019.radikal.ru/i608/1404/23/fb21eb8dba9e.jpg
http://i062.radikal.ru/1404/b2/131a5f0c5bee.jpg