QOÇ –( Mart 21 – Aprel 20 )
Bu təqvimdə bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.
BUĞA – (Aprel 21 – May 20)
Perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.
ƏKİZLƏR –(May 21- İyun 21)
Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Qazanmaq üçün çoxsaylı şanslarınız da mümkündür.
XƏRÇƏNG ––(İyun 22 – İyul 22)
Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra qonaq getməyə dəyər.
ŞİR – (İyul 23 – Avqust 23)
İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu təqvim deyilən məsələlər üçün önəmli deyil. Gün ərzində dostlarınızla bir yerdə olun.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Günün ikinci yarısında isə yalnız istirahət və gəzintilərə meyl edin.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
İxtiyarınıza elə bir gün verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər o qədər də önəmli deyil. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Başınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Büdcənizi boş məsrəflərə xərcləməyin.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 15-dən sonra iştirak etdiyiniz bütün görüşlər xeyrinizədir.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərzdə canlanacaq. Büdcənizdə artım da mümkündür, amma səhhətinizi qorumalısınız.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Bu dəyişkən ərəfədə görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.