Ailem.az avstriyalı seksual model haqda 10 faktı təqdim edir
Dünyanın ən maraqlı modellərindən biri, şübhəsiz, Andrey Pejiçdir. Onu maraqlı edən şey isə istədiyi vaxt qadın, istədiyi vaxt kişi kimi görünməsidir. Ailem.az avstriyalı seksual model haqda 10 faktı təqdim edir.
1. Andrey 1991-ci ildə Bosniya və Herseqovinanın Tuzla şəhərində anadan olub. Atası xorvat, anası serbdir. Valideynləri onun doğulmasından bir müddət sonra ayrılıblar.
2. Bosniya müharibəsi vaxtı anası, böyük qardaşı və nənəsi ilə birgə Belqraddakı qaçqın düşərgəsinə köçüblər. Model burdakı qaldığı illəri uşaqlığının ən “xoşbəxt” vaxtı adlandırıb.
3. Səkkiz yaşı olanda isə ailəsiylə Avstriyaya köçüb. Burada siyasi qaçqın kimi məskunlaşıblar. Andrey hələ də Avstriyada yaşayır.
4. 17 yaşında McDonalds şəbəkəsində işlədiyi vaxt model agentliklərindən birinin diqqətini cəlb edib.Başqa bir mənbədə isə onun Melburnda orta məktəbin hovuzunda “kəşf olunduğunu” qeyd olunur.
5. Boyu – 1,88 sm, gözləri – mavi/ açıq qəhvəyidir.
6. Pejiç 14 yaşından gender steriotiplərini qırmağa başladığını deyir: “Öz üstümdə eksperimentlər etməyə başlamışdım, çünki xoşbəxt deyildim. Məqsədim fərqlənmək deyildi, sadəcə hər iki cinsdə görünə bilmək xoşuma gəlir”.
7. 2011-ci ildə fransız modelyer Jan-Pol Gotenin həm qadın, həm də kişilər üçün kolleksiyasını, Mark Jacobsun isə təkcə kişi geyimləri kolleksiyasının nümayişində iştirak edib.
8. Modelin üzləşdiyi ən gülməli hadisə “FHM” jurnalının onu “İlin ən seksual 100 qadını” siyahısına salması olub. 98-ci yerdə olan Pejiçdən jurnal daha sonra səhvinə görə üzr də istəyib.
9. “Dossier” dərgisinin üz qapığı olduğu say ABŞ-da satışı qadağan olunub. Səbəb isə şəkildə saçı buruq, sinəsi açıq köynəkli Pejiçin “həddən artıq qadın kimi” görünməsi olub.
10. Models.com saytındakı “Ən yaxşı 50 kişi modeli” arasında 18-ci yerdədir.