images (6)
“Karl Laqerfeld mənə dedi ki, idman edərək vücudumu dəyişməyim. Ona görə də sürəkli məşq etmirəm, vücudumdan da narazılığım yoxdur”.
Dünya modasının ən məşhur simalarından biri, 30 yaşlı italyan supermodelByanka Baltinin dediyinə görə, bir çox modellər idman edəndə onların vücudları dəyişir, baldırları kiçilir.
1984-cü ildə İtaliyanın Lombardiya vilayətindəki Lodi şəhərində doğulmuş Byanka Baltinin atası italyan, anası azərbaycanlıdır.
O, model karyerasına 2004-cü ilin sentyabrında, fotoqraf Aleksi Lyubomirskinin “L’Officiel” jurnalı üçün çəkdiyi fotosessiya ilə başlayıb. Byanka Baltinin ilk reklam müqaviləsi isə 2005-ci ildə “Dolce & Gabbana” ilə imzaladığı anlaşma idi.
2007-ci ildə Byanka Balti tanınmış rejissor Abel Ferraranın “Striptiz klubun nağılları” filmində erotik şounun rəqqasəsi rolunda çəkilib.
2012-ci ildən bəri o, aktrisa Monika Beluççi ilə birlikdə “Dolce & Gabbana” brendinin simasıdır.
Fotoqraf assistenti Kristan Luçidi ilə ailə qurmuş Byanka Baltinin bu izdivacda Matilda adlı qızı doğulub. 2010-cu ilin qışında ərindən boşanan B.Balti 2011-ci ildən bəri 26 yaşlı musiqiçi Françesko Mele ilə birlikdə yaşayır.
Byanka Baltinin dediyinə görə, yeni erotik filmə çəkilişlə bağlı təklif alıb.
“Maraqlı təklifdir. Rejissorun adını hələlik açıqlamaq istəmirəm. Amma o filmə çəkiləcəyəm”, – B.Balti deyib.
Milli.az

Загрузка...