Türkiyədə toy qana boyanıb. Osmaniyə bölgəsində toy sahibi ilə qonşusu arasında baş verən silahlı toqquşma nəticəsində 20 nəfər yaralanıb. Yaralılardan 3-ü polis əməkdaşıdır.
APA TV xəbər verir ki, məclis zamanı toy sahibi ilə qonşusu arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə tezliklə silahlı toqquşmaya çevrilib, dava edənlər bir-birilərinə tüfəngdən atəş açıblar. Polis əməkdaşları hadisə yerinə gələrək, davaya müdaxilə edib. Bununla belə, 20 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.
Bölgəyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, xüsusi təyinatlılar əməliyyat keçiriblər. 40 nəfərin həbs edildiyi bildirilir. Tutulanların evlərində və maşınlarında aparılan axtarış zamanı 5 tüfəng və xeyli sayda patron aşkarlanıb.