Suriyanın Kesab məntəqəsinə hücümlar zamanı fərqli ölkələrdən gələn muzdlu döyüşçülər arasında çeçenlərin də olduğu bidirilmişdi.
Aktual.az xəbər verir ki, müxalif yönümlü şəbəkələrdə özünü Abu Müslüm Əl-Şişani kimi adlandıran çeçen mücahidin videosu paylaşılıb.
Qeyd edək ki, Əl-Şişani ərəbcədən tərcümədə çeçen anlamı verir. Videoda öncə ərəbcə, daha sonra isə rusca danışan Əl-Şişani savaşa 5 gün oncə başladıqları, Kesab və onun ətraf məntəqələrini artıq ələ keçirdikləri barədə məlumat verir.