Doğu Pərinçək: “Abdullah Öcalan adlı bir şəxs yoxdur. Hakan Fidan adlı onu idarə edən var”.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər “Ergenekon” işi ilə bağlı 6 il həbsdə qalan Fəhlə Partiyasının lideri Doğu Pərinçəyə aiddir.
Öcalan demir, Fidan deyir
“CNN Türk”ə qonaq olduğu zaman barış prosesi haqqında danışan Doğu Pərinçək, “Abdullah Öcalan heç nə demir. Nə deyirsə, Hakan Fidan (Milli Kəşfiyyat İdarəsinin naziri – red) deyir. İctimaiyyət bunu dəqiqləşdirsin. Abdullah Öcalan adlı bir şəxs yoxdur. Hakan Fidan adlı onu danışdıran, istifadə edən mərkəz var, MİT var. Öcalan çox aşkar şəkildə MİT-in ovcundadır”, – deyə qeyd edib.
Amnistiya çıxaraq
Doğu Pərinçək, “PKK silahı yerə qoysun, hamı dağdan ensin. Normal vətəndaş olsunlar. PKK terror təşkilatı dağılsın. Hər kəsə şamil edilə biləcək bir amnistiya çıxaraq”, – deyə sözlərinə əlavə edib.