İrlandiyada qoyun və keçinin birləşməsindən əmələ gələn nadir heyvan doğulub.
ANS PRESS-in məlumatına görə, hibrid heyvana “geep”, yəni keçun adı veriblər. Geep ingilis dilində “goat” və “sheep” sözlərinin birləşməsindən yaranıb.
Nadir heyvan təxminən iki həftə əvvəl Reddi Murphinin (Paddy Murphy) fermasında doğulub. Fermanın sahibi yeni doğulmuş heyvanı gördükdə şoka düşdüyünü bildirib.