Rusiyanın Krasnoyarsk vilayət televiziyasının xəbərlər buraxılışının aparıcısı “proletarlar atası” Vladimir Leninin əvəzinə prezident Vladimir Putini “dəfn” edib.
Akual.az xəbər verir ki, buraxılışda “Vladimir Lenin torpağa dəfn olunsunmu?” – adlı qısa sorğunu aparıcı, televiziya tamaşaçılarına “Vladimir Putin torpağa dəfn olunsunmu?” kimi təqdim edib.
Aparıcının bu cür davranışı Rusiya ictimaiyyətində ciddi rezonansa səbəb olub.
Xatırladaq ki, artıq bir neçə ildir rusiyalı siyasilər Vladimir Leninin nəşinin Qırmızı Meydandakı Movzoleydən çıxarılaraq, xristian ainlərinə uyğun şəkildə dəfn olunmasını səsləndirməkdədir. Kommunistlər isə, bu təşəbbüslərin əleyhinə çıxır.
Aktual.az həmin kurioz videonu təqdim edir: