Ukraynanın əməkdar artisti Sofiya Rotaru nə baş verməsindən asılı olmayaraq Yaltadakı evini satmayacaq. Modern.az xarici KİV-ə istinadən bildirir ki, müğənninin oğlu Ruslanın sözlərinə görə, anası Ukraynada anadan olan moldovan kimi vətəndaşlığını da dəyişmək niyyətində deyil, eləcə də oğlunun ailəsi də ukraynalı kimi qalmaq istəyir:
“Sofiya Mixaylovna daima səfərlərdə olmasına baxmayaraq, daha çox Yaltadakı evində olmağı xoşlayır. Mən ukraynalıyam və vətəndaşlığımı da dəyişməyəcəyəm. Mən özümü rus hesab etmirəm. Sofiya Mixaylovna da moldovan əsilli kimi Ukraynada anadan olub və vətəndaşlığını dəyişmək niyyətində deyil”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.