Rəqqasə Oksana Rəsulova mərhum reper Hüseyn Dəryadan danışıb.
Axşam.az-ın məlumatına görə, uzun illərdir reperlə küsülü olmuş sənətçi “Onlar” verilişinə açıqlamasında onun vəfatına ikiqat pis olduğunu bildirib:
“Hüseynlə danışmırdım. Öldüyünü eşidəndə ikiqat pis oldum. Çünki onunla küsülü idim. Amma bu o demək deyil ki, mən Dərya ilə barışardım. Onunla küsülü olmağıma da peşman deyiləm”.
Xatırladaq ki, Oksana ilə H.Dərya arasındakı qalmaqala səbəb rəqqasənin keçmiş həyat yoldaşı, reper Elşad Xose olmuşdu. Hüseynin müsahibələrinin birində “Əgər o, mən tanıdığım Xosedirsə, Oksana ilə evlənməyəcək” sözləri rəqqasəni özündən çıxarmışdı.
Qeyd edək ki, Elşadla Oksana ailə həyatı qursa da, bir müddətdən sonra tərəflər ayrılmaq qərarına gəliblər.
Oksananın həmin açıqlamasını videonun 3:20-ci dəqiqəsindən sonra izləyə bilərsiniz.