Almaniya Bundesliqasının 25-ci həftəsi oyunlarından birində gərgin anlar yaşanıb.
Ötən gün Almaniya bundesliqasında “Hoffenhaym”-“Maynts” qarşılaşması olub. Oyun gərgin mübarizə şəraitində keçib.
Oyunda ən çox yadda qalan an isə qarşılaşmanın 25-ci dəqiqəsində “Hoffenhaym”ın futbolçusu Andreas Bekin meydanın kənarında dayanan kameramana çırpılması olub. Futbolçunun kameramana çırpılması nəticəsində kameraman özündən gedib.
Sağ cinah müdafiəçisi Andreas Bek sürətini tənzimləyə bilmədiyi üçün belə bir hadisənin baş verdiyini bildirib. Yerə yıxılan kameramanın üzərinə çəkiliş aparatı da aşıb.
Xoşagəlməz qəzadan sonra kameraman dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin ağır olduğu bildirilsə də rəsmi açıqlama verilməyib. Oyun isə qonaqların 4:2 hesablı üstünlüyü ilə sona çatıb
(ANS TV).
http://www.youtube.com/watch?v=iBu0FCRBE8w