Türkiyənin paytaxtı Ankarada maraqlı evlilik təklifi edilib. APA TV-nin məlumatına görə, bir gənc körpüdən asdığı plakatla sevdiyi qıza evlənmək arzusunu bildirib. Murad Saçan adlı gənc “Mənimlə evlənərsənmi?” yazılan plakatı körpüdən asıb, özü isə körpünün altında gözləyib. İşdən çıxan sevgilisinin gəldiyi avtobusu saxladan Murad Saçan skripkanın müşayiəti ilə sevgilisi Kezban Arıya evlilik təklifi edib. Murad Saçanın üzüyünü götürən qız, evlilik təlkifini qəbul edib.
Kezban Arı isə belə sürprizi gözləmədiyini bildirib.