Türkiyə tank əleyhinə idarə olunan yeni uzaq mənzilli raketi “MIZRAK-U”nu çox uğurla sınaqdan çıxarıb. Bu barədə silah satınalınması üzrə milli idarədən bildiriblər.
Raketin buraxılışı “Cobra AH-1S” helikopterindən gerçəkləşdirilib. Raket 3,5 kilometr uzaqlıqda hədəfi vurub. İdarə təmsilçilərinin sözlərinə görə, “MIZRAK-U” raketləri “Tusas Turkish Aerospace Industries” şirkəti və “AgustaWestland” İtaliya-Britaniya birgə müəssisəsi tərəfindən istehsal edilən T-129 helikopterlərində istifadə ediləcək.
Raketin maksimum uçuş uzaqlığı 8 km-dir və onun seriya ilə buraxılışına 2015-ci ildə başlanacaq. Raketə istiliyə həssas özünüidarə başlığı taxılıb. Ona lazer özünü idarəetmə başlığı da taxıla bilər.
Həmçinin orta mənzilli “MIZRAK-O” raketi də işlənilib. Onun xüsusiyyətləri eynidir, uçuş uzaqlığı isə 4 km-dir.
http://youtu.be/9P2Nho1E_NY