Martın 9-da ATV-də Xoşqədəm Hidayətqızının müəllif verilişi olan “Səni Axtarıram”ın növbəti buraxılışında qalmaqal baş verib.
Modern.az “Qafqazinfo” istinadən xəbər verir ki, verilişdə ekspert qismində çıxış edən xalq artisti Ağaxan Salmanlı ilə tanınmış jurnalist Seymur Verdizadə arasında insident yaşanıb. Buna səbəb isə S.Verdizadənin ötən il dekabrın 22-də “Qafqazinfo”da yazdığı “Xalq artistinin nazirə möhtac olması” başlıqlı köşə yazısı olub.
A.Salmanlı jurnalistin yalan yazdığını, öz halal zəhməti ilə yaşadığını deyib. Jurnalist isə cavabında deyib: “Mən əslində o yazıda Ağaxan müəllimi müdafiə etmişəm ki, niyə dünən səhnəyə çıxan müğənnilər gündə bir maşın dəyişir, amma Ağaxan müəllim 3 ildə bir kostyum dəyişə bilmir”.
A.Salmanlı isə “Mən bu jurnalist olan məclisdə iştirak etmək istəmirəm” deyərək studiyanı tərk edib.
Lakin az sonra israrlı xahişlərdən sonra o studiyaya qayıdıb.