Məşhur müğənni Keti Perri Avstraliyada yayımlanan “Sunrise” verilişinə qonaq olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, proqramda sevgilisi haqda verilən suallardan yayınan 29 yaşlı müğənni bu haqda danışmaq istəmədiyini deyib.
İfaçı Con Mayerlə olan ayrılığı barədə söz açarkən “Bütün pərəstişkarlarım sevgilimdir” deyib. Daha sonra hava haqqında məlumatı çatdırmaq üçün ekran qarşısına keçən Ketti hər kəsi əyləndirib. O, məlumatı zarafatcıl formada təqdim edərək tamaşaçıları doyunca güldürüb.