Krımda “Femen” hərəkatının 2 fransız üzü təpikləndilər. ANS PRESS-in məluatına görə, “Femen” üzvləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı etiraz olaraq Simferopolda aksiya keçiriblər. Aksiya zamanı onlar Ukrananın suverenliyinə qarışmamasını tələb edərək Putini söyüblər.
Hərəkat parlamentin Krımın Rusiyaya birləşmə qərarının verildiyi Krımın Ali Şurasının önündə keçirilib. Naməlum şəxlər qızları Georgiyevski lentləri ilə tutaraq polis idarəsinə sürüyüblər. Yolda yerli əhali onları təpikləyərək fahişə adlandırıb.
Son qərarı Krım sakinləri martın 16-da keçiriləcək referendumda verəcək.