Türkiyəli müğənni Ebru Polat yeni avtomobil alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İstanbulun Etiler istiqamətində “Ferrari 458” markalı maşını ilə görüntülənib.
E. Polat avtomobili bu yaxınlarda aldığını və yüksək sürətlə sürməyi sevdiyini bildirib. “Ferrari 458″in qiyməti 450 min avrodur.
Qeyd edək ki, Ebru Polat Dubayda yaşayan azərbaycanlı iş adamı ilə sevgilidir.