Tanınmış müğənni sosial şəbəkədə “mavi”lərin qınanmasına qarşı çıxıb.
Azərbaycanlı müğənni Roza Zərgərli sosial şəbəkədə cinsi azlıqların müdafiəsinə qalxıb.
Müğənni kimisə təhqir etməməyi, heç kimin günahsız olmadığını və səhvlərə görə yalnız Allahın mühakimə edə biləcəyini bildirərək, fikirlərini aşağıdakı şəkildə çatdırıb:
“Oxudum ki, bu gün Bakının mərkəzində LGBT təşkilatının üzvləri, yəni seksual azlıqlar aksiya ediblər. Kommentləri oxuyuram, hər kəs təhqirlər yazır və s. Bir neçə vaxt öncə özünə qəsd edən İsa Şahmarlının valideyninin halına pis olmuşdum və məncə bu valideyn üçün böyük dərddir. Ancaq Alla Puqaçovanın bu haqda mövqeyini dəstəkləyirəm və çox bəyənirəm. Müsahibəsində, dostları arasında da bir çox seksual azlıqların olmasını təsdiqləyib və tamamilə onları tənqid etmədiyini və işlərinə qarışmayıb, mühakimə etmədiyini söyləmişdi. Ancaq gey-parad və aksiyalar haqda “Nədən ötəri? Nəyə görə?! Hər kəsə sadəcə göstərmək üçün?” Məndə anlamıram ki, axı nəyə görə?! Sakit yaşamaq olmaz ki? Mütləq bunu hər kəsə göstərmək lazımdır?”
Müğənni yazdığı bu “status”a qıcıqlanan izləyicilərinə isə rəylərdə heç kimi qınamadığını, sadəcə öz mövqeyini ortaya qoyduğunu qeyd edib.
http://s52.radikal.ru/i137/1403/3f/d4ac3a69070a.jpg