esger yemeyi
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin qida təminatının yaxşılaşdırılması ilə bağlı tapşırığından sonra ilk olaraq Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində milli menyuya keçilib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib.
V. Dərgahlının sözlərinə görə, artıq Silahlı Qüvvələrin hərbi hospitalları və stasionar tibb məntəqələrində bu proses yekunlaşıb: «Hərbi hospitalların menyusunda dolma, küftə, plov və digər milli yeməklər var».
V. Dərgahlı onu da əlavə edib ki, bununla yanaşı, menyuda bəzi dietik qidalar da qalır. Bu da şəxsi heyətin sağlamlığı nöqteyi-nəzərindən vacibdir.
Nazirlik rəsmisinin sözlərinə görə, hərbi hissələrdə də milli menyuya keçid prosesi gedir.
Qeyd edək ki, 2013-cü ilin oktyabr ayının sonlarında müdafiə naziri vəzifəsinə təyin olunan general-polkovnik Zakir Həsənovun ilk tapşırıqlarından biri əsgərlərin qida təminatının milliləşdirilməsi olub.
Azərbaycanın hərbi qurumları arasında milli yeməklərə keçid ilk olaraq Daxili Qoşunlarda tətbiq edilib. Hazırda Sərhəd Qoşunlarında analoji proses gedi
loading...