Amerika Birləşmiş Ştatlarında “BiteLabs” adlı bir şirkət müştərilərinə olduqca qeribə bir yemək təklif edir. Zarafatçıl şirkətin şüarı isə belədir: “Jennifer Lawrence’dan düzəldilmiş steyk yemək istəməzsiz?”
Məşhurların ətinidən yemək təklifiylə yola çıxan qəribə şirkət James Franco ve Jennifer Lawrence kimi məşhurlarin ətlərini yeyə biləcəyinizi iddia edir.., bu təklifi eşidənlərin isə ağzının suyu axır.
Bəs bu necə mümkündur? Əvvəlcə siz dadına baxmaq istədiyiniz məşhurun adını seçirsiniz . Sonra şirkət həmin şəxslə əlaqə saxlayaraq onun icazəsini alır. Daha sonra laboratoriya şəraitində həyata keçirilən əmaliyyatla məşhur şəxsdən toxuma alınır və bu toxuma vasitəsilə əldə edilən suni ətdən sizə yemək hazırlanır.
Təşəbbüskar firmanin daha bir maraqlı iddiası var. Onlar bildirirlər ki, secdiyiniz məşhurun ətini yedikdən sonra ona bənzəyəcəksiniz…
Kecən il avqust ayında İngiltərədə suni ətin hazırlanması sınaqdan kecirilərkən də cəmiyyət tərəfindən maraqla qarşılanmışdı.
“BiteLabs” şirkətinin bu qəribə yemək təklifinin necə qarşılanacağı hələlik bilinmir.
Tərcümə etdi: Ayişə Əhmədova