8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı Azərbaycanda qeyri-iş günləri rəsmən açıqlanıb.
Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə bildirib ki, 8 mart tarixi şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq. Bu isə o deməkdir ki, üç gün dalbadal – 8, 9, 10 martda işçilərə istirahət veriləcək.
Bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq. Beləliklə də Novruz bayramı ilə əlaqədar Azərbaycanda bir həftə iş olmayacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.