İnterpress.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, internetdəki saytların 12 faizində, yəni 24 milyondan artıq saytda pornoqrafik məlumatlar yer alır.
Dünyada hər saniyədə pornoya 3.075 dollar xərclənir və hər saniyə 28 min 258 istifadəçi pornoqrafiya izləyir.
Amerikada 40 milyon adam pornoqrafik saytların daimi istifadəçisidir. Pornoqrafiyaya baxanların üçdə birini qadınlar təşkil edir. 18-24 yaşlı kişilərin isə 70 faizi ayda azı bir dəfə pornoqrafiya saytlarına daxil olur.
İnternet pornoqrafiyası industriyası Amerikada ildə 2,84 milyard dollar, dünyada isə 4,9 milyard dollar qazanır. Hər gün göndərilən elektron məktubların 8 faizində, yəni 2,5 milyard məktubda pornoqrafik məlumatlar olur. İnternet-axtarış sistemlərindəki istəklərin 25 faizini pornoqrafik mövzular təşkil edir. Bu, gündə 68 milyon axtarış deməkdir.
İnternet istifadəçilərinin 34 faizi reklamlar, yanlış bağlantılar və elektron məktublar üzündən istəmədən pornoqrafiya ilə qarşılaşır. Bir uşağın ilk dəfə online pornoyla qarşılaşdığı orta yaş həddi 11-dir. Kişilərin 20 faizi, qadınların isə 13 faizi iş yerində pornoqrafiya izlədiyini etiraf edir.