Natiq Əliyev: Aİ-95 markalı benzinin idxalına keçid bazarda rəqabət yaradacaq
Aİ-95 markalı benzinin idxalına keçid Azərbaycanın bu yanacaq növünün satışı bazarında rəqabət yaratmağa imkan verəcək.
Bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, bu, dövlət tərəfindən müəyyən nəzarətin saxlanılması ilə bazarın liberallaşması deməkdir:
“Hamıya Aİ-95 markalı benzin gətirməyə və bu bazarda rəqabət yaratmağa icazə veriləcək. Lakin bu, yalnız Aİ-95 və Aİ-98 markalı benzinlərə şamil edilir”.