hakkim s

Hökmə əsasən A. Mehdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 16 yaşlı oğlunun üzərinə benzin tökərək yandıran Aydın Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən A. Mehdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 10-da saat 01:30 radələrində Buzovna qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nəciməddin Əsgərovun yaşadığı evin qarşısında üstünə benzin tökülərək yandırılması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən N.Əsgərovun atası Aydın Mehdiyev tutularaq istintaqa cəlb edilib.

A. Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sentyabrın 14-də N. Əsgərov xəstəxanada vəfat etdiyindən həmin iş Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi Xəzər rayon Prokurorluğuna həvalə edilib./Apa

Загрузка...