“Kiyevdə baş verən qanlı hadisələr birbaşa Kremldən verilən göstərişlər əsasında həyata keçirlir”. Modern.az bildirir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna TV-sinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Putin Kiyev hakimiyyətinə ayırdığı 2 milyard dollarlıq növbəti pul tranşı ilə Yanukoviçi satın alıb.
“Putin bu pul müqabilində Yanukoviçdən vətəndaşalara qarşı qanlı müdaxiləsi üçün icazə əldə edib. Dinc və avropalaşmış Ukrayna Putinin sonu deməkdir”-deyə Saakaşvili bildirib.