Hadisə Xətai rayonunda baş verib.
Bakıda növbəti partlayış baş verib.Beləki bu dəqiqələrdə Paytaxtın Xətai rayonu Ramiz Quliyev küçəsində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. Şahidlərin verdiyi məlumata görə, hadisə yerinə FHN-nin bir neçə yanğınsöndürən maşını cəlb olunub. Partlayış nəticəsində bir nəfərin öldüyü bildirilir. Bizi izləyin hadisə barədə ətraflı məlumat veriləcək.
Bakının Xətai rayonunda “Radioquraşdırma” zavodunun yanındakı yanacaqdoldurma stansiyasında partlayış baş verib.
FHN- Dövlət Yanğından Mühafizə Xİdmətində “XəzərXəbər”ə verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib.
Partlayışın baş verdiyi yanacaq doldurma məntəqəsi təmirdəymiş
FHN “Lukoil” yanacaq doldurma məntəqəsindəki partlayışla bağlı məlumat yayıb.
“Xəzərxəbər” xəbər verir ki, məlumatda bildirlir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış “Lukoil” yanacaq doldurma məntəqəsində partlayış hadisəsi baş vermişdir.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılmışdır.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, partlayış nəticəsində 2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
xezerxeber.com
http://s020.radikal.ru/i711/1402/7a/5fe3d09fc9a5.jpg
http://s018.radikal.ru/i518/1402/75/4fb5e125fe6d.jpg
http://s019.radikal.ru/i620/1402/ce/29a550e7379e.jpg
http://s006.radikal.ru/i214/1402/df/9afcaa3196f5.jpg
http://s004.radikal.ru/i205/1402/8d/1bf28ea473c0.jpg
http://s005.radikal.ru/i210/1402/3b/63466d714372.jpg
http://i051.radikal.ru/1402/e6/c084b8d62d08.jpg
http://s018.radikal.ru/i515/1402/b4/0f545d2eee7d.jpg
http://i024.radikal.ru/1402/82/4b9c793983a6.jpg