Sarmısağın insan orqanizmi üçün nə qədər xeyirli olduğunu çoxlarımız bilirik. Qrip və soyuqdəymə zamanı ilk növbədə sarmısaqdan istifadə edirik və əksər hallarda onun xeyrini dərhal hiss edirik. Amma sarmısağın faydası ancaq bundan ibarət deyil. Sarmısağın tərkibində insan orqanizmi üçün 400-dən artıq faydalı komponent var.
1. Sarmısaq təbii antibiotikdir.
2. Onkoloji xəstəliklərin profilaktikası üçün sarmısaq ən yaxşı vasitədir.
3. Selen və digər vitaminlərlə zəngin olan sarmısaq kişi sağlamlığı və potensiyanın gücləndirilməsində olduqca dəyərlidir.
4. Sarmısaqdan istifadə infarkt riskini azaldır.
5. Ürək-damar sistemi üçün çox faydalı olan sarmısaq damarlarda tıxacların yaranmasının qarşısını alır.
6. Qan təzyiqi yüksək olanlar üçün sarmısaqdan istifadə məsləhətdir. O damarları genişləndirir, qan təzyiqini aşağı salır.
7. Sarmısaq zəngin olan tərkibi ilə bədənin müqavimətini artırır, immun sistemini gücləndirir.
8. Sarmısaq ödqovucu xassəyə malikdir.
9. Tərkibində B1 vitamininin olması ilə sarmısaq sinir siseminin normal fəaliyyəti üçün də faydalıdır.
10. Antitoksik xassəyə malik sarmısaqdan orqanizmin zərərli maddələrdən təmizlənməsində də istifadə olunur.
11. Mütəmadi sarmısaqdan istifadə etməklə damaq xəstəlikləri problemlərindən yaxa qurtarmaq mümkündür.
12. Hamilə qadınlar və mədə xorası xəstəliyi olanlar sarmısaqdan istifadəyə məhdudiyyətlə yanaşmalıdırlar.
Təbii ki, sarmısağın bu qədər faydalı olmasını düşünəndə, ondan davamlı olaraq istifadə etmək istəyəndə hamını bir məsələ narahat edir. Bu da sarmısağın xoşagəlməz qoxusudur. Ancaq buna görə narahat olmağa dəyməz. Sarmısaqdan istifadə etdikdən sonra bir stəkan süd içmək, və ya cəfəri çeynəmək, yaxud da bir dilim limon yemək sizi bu problemdən azad edəcək. Odur ki, sağlamlığınızın qayğısına qalın, uzunömürlü olmaq üçün sarmısaqdan istifadə edin. Qripin tüğyan etdiyi bu günlərdə hamınıza sarmısaq yemək məsləhət görülür…
İlham Cəmiloğlu
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.