Dünya şöhrətli müğənnilər Şakira və Rihannanın yeni klipinin pərdəarxası görüntüləri yayımlanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, videoda “Can’t remember to forget you” (“Səni unutduğumu xatırlaya bilmirəm”) mahnısının ekran işinin çəkiliş səhnələri yer alıb.
Klipi “Youtube”də bir həftə ərzində 110 milyondan çox istifadəçi izləyib. Pərdəarxası görüntülər də böyük maraq cəlb edib və bir neçə saat ərzində 1 milyon baxış sayı qeydə alınıb.