ATV telekanalının aparıcısı İlkin Həsəni yeni layihə ilə efirə çıxacaq.
Axşam.az-ın məlumatına görə, İlkin təzə verilişin də yumor xarakterli olacağını söyləyib:
“Bozbash pictures”in veriliş formasını hazırlayırıq. Yumor tərzində bir proqram olacaq. Burada satira var. Proqramın öz tamaşaçısı olacaq. Eyni komanda ilə çalışırıq. Amma bəziləri arxa planda yaradıcı işləri görəcək. Bu verilişlə mən bir müddətdir ara verdiyim aparıcılığıma qayıdacağam. Həm sevidiyim aparıcılığımı, həm aktyorluğumu, həm də rejissorluğumu nümayiş etdirəcəyəm”.
“İlkini indi hansı obrazda görəcəyik” sualına isə aparıcı belə cavab verib:
“Bu dəfə İlkin tənqidçi kimi tanınacaq. İşini bacarmayan məmurlar, tanınmış simalar, özünü əməlləri ilə gülüş mənbəyinə çevirənləri tənqid edəcəyəm”.
İlkin rejissor Kənan M.M-in onlar üçün çəkmək istədiyi filmdən də söz açıb:
“Kənan bizim üçün belə bir təklif irəli sürüb. Hələ ssenarini görməmişik. Hazırda onun üzərində çalışır. Nəzərdən keçirəcəyik, əgər ssenari xoşumuza gəlsə, maddi tərəflərini danışacağıq. Razılaşsaq, yayda filmin çəkilişlərinə start verəcəyik”.