armenia

İrəvan xanlığının işğalının ildönümü ilə bağlı bəyanat…

Dünya Azərbaycanlıları Konqresi, Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin Qərbi Azərbaycanın – İrəvan xanlığının Rus qoşunları və erməni quldur dəstələri tərəfindən işğal edilməsi ilə bağlı bəyanat yayıb.

* * * * *

Bildiyiniz kimi 1827-ci ildə Qərbi Azərbaycan-İrəvan xanlığı Rus qoşunları və erməni quldur dəstələri tərəfindən qanlı müharibə yolu ilə işğal edilmiş və 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisi üzərində müvəqqəti qondarma “Erməni vilayəti” yaradılmış, Rus çarı tərəfindən İrəvan şəhəri ermənilərə paytaxt kimi “hədiyyə” edilmişdir. Əhalisinin 76%-nin azərbaycanlıların təşkil etdiyi Qərbi Azərbaycana-İrəvan xanlığının əhalisinə qarşı 200 il müddətində soyqırımı və digər insanlığa xas olmayan üsullardan istifadə edərək, ermənilər təxminən havadarlarının köməyi ilə 3,5 milyona yaxın azərbaycanlıları 29.000 kvadrat kilometr ərazidən-dədə-baba yurdlarından qovub çıxarmış, soyqırımları törətmiş, əhalinin əmlaklarını talan etmiş, yerli əhaliyə məxsus bütün tarixi abidələri yer üzündən silmişlər. Ümumilikdə aborigen əhaliyə təxminən 105 milyard ABŞ dolları həcmində maddi və mənəvi ziyan vurmuşlar.

Təkcə 1988-1990-cı illərdə Qərbi Azərbaycanlılara tətbiq edilmiş deportasiya-soyqırım zamanı yüzlərlə azərbaycan türkü öldürülmüş, bütün yerli əhali “indiki Ermənistan”dan qovularaq çıxarılmışdır. İndi Qərbi Azərbaycan-İrəvan xanlığının tarixi torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır.

Biz, Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan(indiki Ermənistan) nümayəndələrinin Ağsaqqalları bəyan və tələb edirik:

1.Tarixən Azərbaycan torpaqlarından (indiki Ermənistan) ermənilər tərəfindən zorakılıq yolları ilə qovularaq çıxarılmış azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına və Ermənistan ərazisində ən azı milli muxtariyyət verilməsi məsələsi dünyanın söz sahibi olan ölkələrinin nəzər diqqətinə çatdırılsın.

2.Deportasiyaya məruz qalmış qərbi azərbaycanlılara vurulan maddi və mənəvi ziyanın işğalçı Ermənistan tərəfindən ödənilməsi təmin edilsin, dağıdılmış tarixi mədəniyyət abidələrinin bərpa edilməsi tələb edilsin.

3.Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqlarından deportasiyaya məruz qalanların hüquqları Beynəlxalq Hüquq normalarına uyğun olaraq müdafiə olunsun, Dağlıq Qarabağda, Qərbi Azərbaycanda (indiki Ermənistan) ermənilər tərəfindən törədilmiş soyqırımı, terrorizm, vandalizmə görə hüquqi məsuliyyət məsələsi dünyanın nüfuzlu Beynəlxalq Təşkilatları qarşısında ən kəskin formada qaldırılsın və xüsusi tədbirlər görülməsi tələb edilsin.

4.Əsrlər boyu Rusiyanın sədaqətli təəbələri və etibarlı nökərləri kimi tanınan ermənilər başa düşməlidirlər ki, onlar XXI əsrin əvvəllərində dövlətçiliyin təsdiqinə dair bütün siyasi və iqtisadi şərtləri xam xəyallarına qurban vermişlər. Onlar unutmasınlar ki, Dağlıq Qarabağın və Qərbi Azərbaycanın (indiki Ermənistanın) öz sahibləri var. Vaxt gələcək, tarixi Azərbaycan torpaqlarında işğalçılıq yolu ilə yaradılmış indiki qondarma “Ermənistan dövləti” yer üzündən silinəcəkdir. Bu ermənilərin Cənubi Qafqazda məskunlaşan bütün xalqlara qarşı törətdikləri cinayətlərin nəticəsi olacaqdır.

Bəyanat Dünya Azərbaycanlıları Konqresinin,
Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyi,
Ağsaqqallar Şurasının “İrəvan xanlığının işğalı qan
yaddaşımızdır”adlı anım tədbirində qəbul edilmişdir.

musavat.com

Загрузка...