Bu gün xalq artisti, görkəmli sənətkar, müğənni və bəstəkar Polad Bülbüloğlunun anadan olduğu gündür.
O, 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atası Bülbülün təxəllüsünü götürüb. Polad Bülbüloğlu uzun müddət Azərbaycan Respublikasının mədəniyyət naziri kimi fəaliyyət göstərib. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.
Polad Bülbüloğlu 1973-cü ildən əməkdar incəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb. 1989-cu ildәn Azərbaycan Respublikasının mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri olub. 2006-cı ildən etibarən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.
Bülbülün oğlu Konservatoriyanı bitirib (1968, Q. Qarayevin sinfini). Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınır. Kinofilmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.
69 yaşı tamam olan xalq artisti evlidir və iki övladı var.
http://i022.radikal.ru/1402/99/087f9c1bb4d3.jpg
http://i057.radikal.ru/1402/71/22d34557777f.jpg
http://s020.radikal.ru/i718/1402/81/aa0230784037.jpg
http://s020.radikal.ru/i714/1402/5b/c0f1a948c089.jpg