Türkiyədən bir kişinin mədəsindən əməliyyatla 6 cism çıxarılıb.
Van şəhərində Ərhan Özbilir adlı bir kişi mədəsindəki rahatsızlığa görə xəstəxanaya müayinəyə gedib.
Həkimlər gördüklərindən təəccübləniblər. Çünki xəstənin mədəsində qol saatı və oyuncaq ayı kimi əşyalar olub.Vəziyyəti ağır olan xəstə əməliyyat edilib. Əməliyyatla Ozbilirin mədəsindən ümumilikdə 6 müxtəlif cism çıxarılıb.
Həkimlər bildirib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır.
Məlumata görə, Ərhan Özbilir psixoloji gərginlik keçirdiyi üçün həmin cismləri udub.