alov od

Bu gün səhər saatlarında özünü yandıran 40-45 yaşlarında olan qadın ağır vəziyyətdə 5 saylı xəstəxanaya çatdırılıb

Bu gün paytaxtda daha bir nəfər özünə od vurub. ANS PRESS-in məlumatına görə, hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.

Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir.

Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.

Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.