Xocalı aeroportunun açılmasının təxirə salınmasının ardından Ermənistan tərəfi yeni hava marşrutu açmağa qərar verib.
İndi də yeni Syünik-İrəvan aviareysinin açılması gündəmə gəlib. Ermənistanın Syünik vilayətində olan aeroportun heç də pis durumda olmadığı bildirilir. Qeyd olunur ki, bəzi maliyyə yardımları olarsa, bu hava limanı İran-ABŞ əlaqələrinin normallaşması fonunda İran-Qarabağ-İrəvan-Gürcüstan “İpək yolu” na çevrilə bilər.
Məsələ ilə bağlı açıqlama verən Syünik valisi Vahe Akopyan bu layihənin gerçəkləşəcəyini təsdiqləyib. Onun sözlərinə görə, plan 2014-2015-ci illərdə reallaşa bilər.
Qeyd edək ki, ermənilər Azərbaycanın işğal altında ola Xocalı şəhərindəki aeroportun açılacağı ilə bağlı dəfələrlə məlumat veriblər. Azərbaycan tərəfi isə məsələyə ciddi şəkildə təpki göstərib.
modern.az