Kombinatın metal dirəklərini qanunsuz sökən iki nəfər 500 kvadratmetrlik damın uçmasına səbəb olub
Hadisə Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində tikintisi yarımçıq qalmış evtikmə kombinatının uçması nəticəsində bir nəfər – 54 yaşlı azərbaycanlı dünyasını dəyişib.
ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, hadisə dünən saat 14:40 radələrində olub. Binanın metal dirkələrini qanunsuz sökən iki nəfər 500 kvadratmetrlik damın uçmasına səbəb olub. Hadisə yerinə gələn polis xüsusi itlərin və cihazların yardımı ilə uçqun altında insan olmasını müəyyən edib.
Xilasedicilər uçqunu əllə təmizləməyə başlayıblar. Tonlarla metal, kərpic və betonun altından kişi meyiti çıxıb. Onun Severodvinskdə yaşayan 54 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Mərhumun cəsədi istintaqa təhvil verilib.