Türkiyənin tanınmış prodüseri və hər zaman qalmaqallı açıqlamaları ilə gündəmdə olan Erol Köse bu dəfə də ölkədəki rüşvət əməliyyatı ilə bağlı fikirlərini bölüşüb.
Prodüser tvitter hesabında müğənni Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabın əməliyyat zamanı saxlanılanlar arasında olmasına diqqət çəkib:
“Sabahınız xeyir, baxaq görək bu gün kim soydu milləti…Kim ölkəni bölməyə çalışdı…Bu an etibarı ilə Ebru Gündəşin iki villası müsadirə olundu. Yeniyetmə sifət ərinin bütün mal varlığı müsadirə olundu. Ən çox Ebruya üzüldüm. Hər kəs bilir ki, sırf pulu üçün onunla evlənmişdi . Heç onun tipi deyildi. Bax gör nə oldu indi? Əldəki pullar da getdi. Azəri qızı Günel, canını Zərrabdan yaxşı qurtardın sən …Ya da ahın tutdu”.