Sebastian Kurts Avstriyanın xarici işlər nazirliyinə rəhbər təyin olunub
Sebastian Kurts Avstriyanın xarici işlər nazirliyinə rəhbər təyin olunub. O, ölkə tarixində ən gənc nazir olacaq. Onun 27 yaşı var və hələ də hüquq fakültəsində təhsil alır. Kurts Avstriyanın sağ mərkəzçi Xalq Partiyasının gənclər bölməsinin rəhbəridir, bundan əvvəlki kabinetdə inteqrasiya üzrə dövlət katibi işləyib. O, Vyanada anadan olub, anası məktəbdə müəllimə, atası mühəndis işləyir.