Müsavat Partiyasının başqanı İsa Qəmbər Ukraynanın paytaxtı Kiyevə gedir. Musavat.com-un məlumatına görə, Müsavat başqanı sabah Müstəqillik meydanında Avropaya inteqrasiya tərəfdarlarının aksiyasında iştirak edəcək. Onun mitinqdə çıxış edəcəyi də gözlənilir. İsa Qəmbəri səfərdə Müsavat başqanının müavini Gülağa Aslanlı müşayiət edəcək.
Səfərdə məqsəd Azərbaycan müxalifəti və Müsavat Partiyasının Ukrayna xalqına və Avropaya inteqrasiya tərəfdarlarına dəstək ifadə etməkdən ibarətdir.
musavat.com