Загрузка...

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi daha bir neçə tədbirlər ictimailəşdirilib. Modern.az saytının xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə mənzil alanların və növbədə duranların SİYAHISI açıqlanıb.

Bundan başqa, nazirlik tərəfindən həm də avtomobil alanların və növbədə duranların SİYAHISI da açıqlanıb.

Beləliklə də artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı şəxsin adının olub-olmadığını görə biləcək.  

Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda saxta yollarla əlillik statusuna sahiblənib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə ev, maşın, ünvanlı sosial yardım alanlar az deyil. 

Qeyd edək ki, bundan öncə Səlim Müslümovun göstərişi ilə ünvanlı dövlət sosial yardımı alanların da siyahısı ictimailəşdirilmişdi. 

Bu addımları ilə yeni nazir  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bundan sonra daha şəffaf işləyəcəyini nümayiş etdirib.