Donald Tramp “İn another life” adlı klipində iclas zamanı yatan Eminə əsəbiləşir: “Oyan, Emin! Sənə nə olub? Bezmişəm səndən. Qovuldun!”
Şou-biznes ABŞ milyarderi ilk dəfə Emin Ağalarovun klipinə çəkilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 67 yaşlı milyarder Donald Tramp ilk dəfə belə bir layihədə iştirak edib.
Donald Tarmp məşhur biznesmen olsa da, Emin Ağalarovun təklifini geri qaytarmayıb:
“Oyan, Emin! Sənə nə olub? Bezmişəm səndən. Qovuldun!”,- deyə Tramp “İn another life” adlı klipində iclas zamanı yatan Eminə əsəbləşir.
Tramp klipdə öz rolunu çox ustalıqla oynayıb. Klipdə “Dünya gözəli” müsabiqəsindən müxtəlif ölkələri təmsil edən modellər də iştirak edib.
Qeyd edək ki, Emin ilk dəfə rus dilində mahnılardan ibarət albom çıxarmaq qərarına gəlib.