Təşkilat Almaniya hökuməti fahişəliyi biznes kimi dövlət səviyyəsində qanuniləşdirməsinə etiraz edir
Dünya “Femen”lər alman fahişələrinə “ilişdilər”. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Femen” fəalları Almaniyanın paytaxtında fahişəlik əleyhinə “Almaniya fahişəxana deyil!” şüarı altında aksiya keçirib. Onlar seks sənayesi təşkilatçıları və sifarişçilərinin cinayətkar kimi qəbul edilmələrini tələb ediblər.
Fəallar Almaniyanın “Artemis” adlı fahişəxanasının girişini bağlayıblar və fahişəxananın işçiləri ilə dalaşıblar. “Artemis”in əməkdaşları isə “Femen”lərə buz parçaları tullayıblar.
Bundan sonra “Femen”lər hadisə yerinə gələn polislər tərəfindən saxlanıb. Bir müddətdən sonra onlar sərbəst buraxılıb. Aksiyanın təşkilatçıları bildirib ki, Almaniyada fahişəlik 2006-cı ildə Dünya Çempionatına görə leqallaşdırılıb.
“Güya ki, Almaniya höküməti bu addımı fahişələri qorumaq üçün atıb. Əslində isə, onlar cinayətkar biznesi və kişi şəhvətini qanuniləşdiriblər. Fahişəliyin qanuniləşdirilməsi fahişəliklə məşğul olan qadınları alçaldılmaqdan, təcavüzdən, xəstəlikdən xilas etmədi, yalnız qul alverini dövlət səviyyəsində qanuniləşdirdi”,- deyə “FEMEN”dən bildirilib.