Virtual dünyada erməni müğənninin Azərbaycan mahnılarını Azərbaycan dilində oxumasını əks etdirən video-çarx yayılıb. Video-çarxı “azerbaycanlı azerbaycanov” adlı “You-Tube” istifadəçisi paylaşıb.
İfaya “Tut ağacı boyunca” mahnısı ilə başlayan erməni əslli müğənni Miqel Movsiyan “Bakılı balasıyam” mahnısını təhrif edilmiş sözlərlə oxumağa davam edir.
7 dəqiqə fasiləsiz ifa edən Movsiyan Azərbaycanın tanınmış müğənnilərinin repertuarından müxtəlif mahnıları oxuyub. İfanın ortasında məşhur “Bayatı Şiraz”a da müraciət edən Miqel səsi çatmadığı üçün bunu davam etdirə bilmir.
21 noyabr 2013-cü il tarixdə portala yüklənən videonun harda və nə zaman çəkilməsi barədə məlumat verilməyib.
http://youtu.be/gyxr6SGRrhY