Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya bugünkü səfəri zamanı prezident Vladimir Putinlə Qarabağ məsləsini müzakirə edəcək. Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu günkü açıqlamasında bildirib.
“Moskva görüşü zamanı Qafqazla bağlı problemlər bizim gündəliyimizdə olacaq. Biz bu məsələni cənab Putinlə müzakirə edəcəyik”-deyə Davudoğlu bildirib.
Xarici işlər naziri qeyd edib ki, Ankara Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşamasını istəyir.
“Bunun üçün Azərbaycanla Ermənistan arasında problemlər həll olunmalıdır. Cənubi Qafqazda möhkəm sülh bərqərar olmalıdır. Bunun üçün biz nə lazımdır edirik. Tükiyə bütün vasitəçilik səylərini göstərməyə hazırdır”.
Davudolu Ermıənustana rəsmi dəvət olunması ilə bağlı məktubun yaxın günlərədə müzakirə olunacağını və qərar barədə əlavə məlumat veriləcəyini bildirib.
“Bu dəvət adi prosedur qaydasıdır və bunu xüsusi bir vurğulamaqğa ehtiyac yoxdur”-deyə Davudoğlu qeyd edib.